Rusiya Ukraynanın ABŞ istehsalı olan “Villard Dəniz Qüvvələri” hərbi sürətli qayıqlarının Qara dənizdə zərərsizləşdirildiyini bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Qara dəniz donanmasına aid dəniz aviasiya təyyarələri Ukrayna Silahlı Qüvvələrinin Tarxankut istiqamətində irəliləyən ABŞ istehsalı olan 4 ədəd "Villard" Dəniz Qüvvələrinə aid hərbi sürət katerini məhv edib", - deyə məlumatda qeyd olunub.