Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov qeyd edib ki, Rusiya ABŞ-ın İrana qarşı təhdidlərini yersiz hesab edir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, bu barədə “International Affairs” jurnalına müsahibəsində bildirib.
Diplomatın sözlərinə görə, Rusiya güc əsaslı həll yollarına, təcavüzə və çevrilişlərə qarşıdır.
"Biz ABŞ-ın İrana qarşı təhdidlərini qınayır, bunu İran tərəfinə öz iradəmizi tətbiq etmək üsulu kimi görürük",- deyə o vurğulayıb.
O, nüvə infrastrukturuna hücumların bütün region üçün fəlakətlə nəticələnə biləcəyini bildirib.