Operativ Məlumat Mərkəzi

Rusiya ilə ABŞ arasında gələcək danışıqların mövzuları müəyyənləşib

1 dəq
Paylaş:
Rusiya ilə ABŞ arasında gələcək danışıqların mövzuları müəyyənləşib
bu barədə kp.ru məlumat yayıb. Diplomat görüşün "çox yaxında" baş tutacağını, lakin hələlik dəqiq tarix təyin olunmadığını bildirib. Ryabkov qeyd edib...

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Rusiya və ABŞ arasında danışıqların qarşıdan gələn yeni raundunu açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə kp.ru məlumat yayıb.

Diplomat görüşün "çox yaxında" baş tutacağını, lakin hələlik dəqiq tarix təyin olunmadığını bildirib.

Ryabkov qeyd edib ki, Rusiya-Amerika danışıqları üç əsas sahədə davam edəcək, bunlardan biri beynəlxalq siyasət, Yaxın Şərqdəki vəziyyət, o cümlədən İranın nüvə proqramıdır. O, həmçinin etiraf edib ki, bu sahədə razılığa gəlmək iki ölkə arasında hava nəqliyyatını bərpa etməkdən daha çətin ola bilər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər