Əsas məzmuna keç

Rusiya Baş naziri İrəvanda səfərdədir

Rusiya Baş naziri İrəvanda səfərdədir

o, oktyabrın 1-də Avrasiya Hökumətlərarası Şurasının iclasında və Avrasiya İqtisadi Forumunun plenar iclasında iştirak edəcək. Qeyd olunur ki, sabah...

Rusiyanın Baş naziri Mixail Mişustin İrandan Ermənistana səfərə gedib.

"Operativ Məlumat Mərkəzi-OMM" KİV-ə istinadən xəbər verir ki, o, oktyabrın 1-də Avrasiya Hökumətlərarası Şurasının iclasında və Avrasiya İqtisadi Forumunun plenar iclasında iştirak edəcək.

Qeyd olunur ki, sabah Avrasiya Hökumətlərarası Şuranın iclası zamanı Rusiya, , Belarus, Qazaxıstan və Qırğızıstanın başçıları Avrasiya İqtisadi İttifaqı çərçivəsində inteqrasiyanın dərinləşdirilməsinin cari vəzifələrini müzakirə edəcəklər.

Tədbir zamanı tərəflər daxili bazarın fəaliyyətini, sənaye, , gömrük-tarif, kənd təsərrüfatı və energetika sektorlarında qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsi, həmçinin 2030-cu ilə qədər təşkilat çərçivəsində sənaye əməkdaşlığının əsas istiqamətlərini müzakirə edəcəklər.

Xatırladaq ki, Rusiyanın hökumət başçısı bu gün səhər İrana rəsmi səfər etmişdi.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…