Operativ Məlumat Mərkəzi

Rəsmi İrəvan Aİ ilə hibrid təhdidlərə qarşı əməkdaşlığın yeni olmadığını bildirib

2 dəq
Paylaş:
Rəsmi İrəvan Aİ ilə hibrid təhdidlərə qarşı əməkdaşlığın yeni olmadığını bildirib
bu barədə Ermənistan mediası Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyana istinadən məlumat yayıb. “Bu baxımdan, Aİ-nin və onun üzv...

Ermənistan ilə Avropa İttifaqı arasında müxtəlif istiqamətlər üzrə, o cümlədən hibrid təhdidlərə qarşı dayanıqlığının artırılması sahəsində əməkdaşlıq daimi xarakter daşıyır və yeni deyil.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ermənistan mediası Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyana istinadən məlumat yayıb.

“Bu baxımdan, Aİ-nin və onun üzv dövlətlərinin malik olduğu təcrübə və alətləri nəzərə almaqla, demokratik standartlara uyğun seçki proseslərinin təmin edilməsi zamanı mümkün hibrid təhdidlərə qarşı mübarizəyə yönəlmiş əməkdaşlıq da istisna təşkil etmir və Aİ-nin dəstəyi ilə həyata keçirilir”, - Badalyan bildirib.

Qeyd edək ki, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın sözlərinə görə, Ermənistan xarici müdaxilələrin qarşısının alınması mövzusunda bizdən kömək istəyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər