"Palmeiras"ın müdafiəçisi Vitor Reis "Real"a keçə bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" "Futbol-in Al Minuto"ya istinadən xəbər verir ki, tərəflər danışıqlar aparır və potensial transfer olacağı təqdirdə, 18 yaşlı braziliyalı 2024/25 mövsümünün sonuna qədər icarə əsasında "Palmeiras"da çıxış edəcək.
Reisin klubu ilə müqaviləsi 31 dekabr 2028-ci ildə başa çatır.
O, "Palmeiras"da 11 oyun keçirib və 2 qol vurub.