Operativ Məlumat Mərkəzi

Qrossi BMT baş katibi postuna namizədliyini irəli sürəcək

1 dəq
Paylaş:
Qrossi BMT baş katibi postuna namizədliyini irəli sürəcək
Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) direktoru Rafael Qrossi BMT-nin baş katibi vəzifəsinə namizədliyini irəli sürmək niyyətində olduğunu...

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) direktoru Rafael Qrossi BMT-nin baş katibi vəzifəsinə namizədliyini irəli sürmək niyyətində olduğunu açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, Qrossi Agence France-Presse-ə müsahibəsində bildirib ki, BMT hazırda çətin vəziyyətdədir və onun qlobal sülh missiyasını yerinə yetirməkdə çətinlik çəkdiyi açıqdır.

Argentinalı siyasətçi qeyd edib ki, MAQATE rəhbəri kimi qazandığı təcrübə ona bu vəzifəyə namizəd olmaqda kömək edəcək.

O həmçinin “hamı ilə” dialoqu davam etdirməyə və “hamı üçün məqbul vasitəçi olmağa” çalışacağını vurğulayıb.

Hazırkı baş katib Antonio Quterreşin mandatı 2026-cı ilin dekabrın 31-də başa çatacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər