Operativ Məlumat Mərkəzi

Qobuda ağır qəza, 3 nəfər öldü - Anbaan görüntülər - YENİLƏNİB

3 dəq
Paylaş:
Qobuda ağır qəza, 3 nəfər öldü - Anbaan görüntülər - YENİLƏNİB
bu barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən bildirilib. Qeyd olunub ki, dekabrın 8-də saat 09:30 radələrində Respublika Təcili...

Hökməli–Qobu yolunda baş verən avtomobil qəzasında ölənlərin sayı 3-ə çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən bildirilib.

Qeyd olunub ki, dekabrın 8-də saat 09:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Qobu ərazisindən yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış qeydə alınıb.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfərin (kişi) həkiməqədər ölüm faktı, 1 nəfərin (qadın) isə xəstəxanaya qədər ölüm faktı qeydə alınıb.

***

Bu gün saat 08:35 radələrində Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində ağır yol qəzası baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" Baş DYP İdarəsinə istinadən xəbər verir ki, “MAN” markalı yük avtomobilini idarə edən Umudvar Abbasov yağışlı hava şəraitini və sürət rejimini nəzərə almadan sərt döngəyə daxil olarkən idarəetməni itirib və qarşıdan gələn “Toyota” markalı minik avtomobili ilə toqquşub.

Hadisə nəticəsində “Toyota” markalı avtomobilin sürücüsü Zaur Məmmədov və sərnişini Mariyə Məmmədova hadisə yerində həyatlarını itirib, digər sərnişin Mübarək Məmmədov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır.

Qurum bu hadisə fonunda sürücülərə bir daha müraciət vurğulayıb: “Təhlillər göstərir ki, yolun sürüşkən olduğu hava şəraitində nəqliyyat vasitələrinin tormozlanma məsafəsi əhəmiyyətli dərəcədə artır, idarəetmə çətinləşir və kəskin manevrlər qəza riskini ciddi şəkildə yüksəldir. Belə hallarda sürət rejiminin pozulması, eləcə də nəqliyyat vasitəsinin texniki vəziyyətinə lazımi nəzarətin edilməməsi ağır nəticələrə səbəb olur.

Yağışlı və sürüşkən yol şəraitində sürücülər:

- hərəkət sürətini yol və hava şəraitinə uyğun seçməli;

- kəskin və riskli manevrlərdən çəkinməli;

- nəqliyyat vasitələrinin texniki cəhətdən saz vəziyyətdə olmasını, xüsusən də təkərlərin mövsümə uyğun seçilməsini təmin etməlidirlər.

Baş Dövlət Yol Polisi İdarəsi sürət həddinin aşılması, idarəetmə zamanı diqqətsizlik, yol və hava şəraitinin düzgün qiymətləndirilməməsi kimi qayda pozuntularının əksər hallarda ağır nəticələrə səbəb olduğunu bir daha xatırladır və sürücüləri bu acı hadisələrdən düzgün nəticə çıxarmağa çağırır”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər