İsrail ordusu Qəzza zolağında quru hücumlarını genişləndirib, həmçinin son 24 saatda havadan 75 nöqtəni bombalayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Təxminən 2,3 milyon fələstinlinin yaşadığı Qəzza zolağına İsrailin hücumları getdikcə intensivləşir.
Mayın 18-də quru hücumlarını genişləndirən İsrail ordusu Qəzzaya havadan bomba yağdırmağa davam edir.
Son bir həftədə Qəzzada hücumlar səbəbiylə 161 mindən çox fələstinli didərgin düşüb.
Ordudan verilən yazılı açıqlamada, son 24 saatda Qəzzada 75 nöqtəyə hava hücumu təşkil edildiyi bildirilib. Hücumlarda fələstinli qruplara aid “hədəflərin” vurulduğu iddia edilib.