Əsas məzmuna keç

Qənirə Paşayevanın ölüm xəbəri yalandır - RƏSMİ

Qənirə Paşayevanın ölüm xəbəri yalandır - RƏSMİ

Deputat Qənirə Paşayevanın sağlamlıq vəziyyəti stabildir. Ölüm xəbərləri yalan çıxdı - professor açıqladı.

“Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın vəziyyəti stabildir”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Oxu.az-a açıqlamasında Qənirə Paşayevanın əmisi, Qəzənfər Paşayev deyib.

Əmisi deputatın vəfat etməsi ilə bağlı yayılan xəbərlərin yalan olduğunu qeyd edib: “Yayılan ölüm xəbəri yalandır. Qənirənin vəziyyəti eynidir. Aparata qoşulub. Hamı irəliləyiş olmasını gözləyir. Dünən cüzi irəliləyiş oldu. Təzyiqi qalxdı. Hazırda səhhəti ağır stabil olaraq qalıb”.

Q.Paşayev dövlətin xüsusi qayğı göstərdiyini qeyd edib: “Qənirə dövlətin xüsusi nəzarətindədir. Birinci vitse- xüsusi diqqət göstərir. Türkiyədən həkimlər çağırılıb. Dünən Fondunun direktoru Anar Ələkbərov da baş çəkdi. Bunlar hamısı dövlətin qayğısıdır”.

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…