Aktauda təyyarə qəzasından sağ çıxan 29 nəfər xəstəxanaya aparılıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Qazaxıstan FHN-in Operativ Qərargahı məlumat yayıb
***
Qazaxıstanda təyyarənin qəzaya uğraması nəticəsində sağ qalanların sayı 28 nəfərə çatıb, onlardan ikisi uşaqdır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Qazaxıstan FHN məlumat yayıb.
Manqistau vilayətinin Səhiyyə İdarəsindən “Kazinform”a bildirilib ki, hadisə yerində 4 nəfərin cəsədi aşkar edilib.
***
Aktau yaxınlığında təyyarə qəzasından sonra 25 nəfər xəstəxanaya yerləşdirilib.
Bu barədə Qazaxıstan FHN məlumat yayıb
Təyyarədə 5 ekipaj üzvü də daxil olmaqla 67 nəfər olub.
"Yaralılar haqqında məlumat dəqiqləşdirilir. İlkin məlumata görə, 25 nəfər sağ qalıb, onlardan 22 nəfər xəstəxanaya yerləşdirilib", - qurum bildirir.
Ümumilikdə dispetçer xidməti, qeyri-dövlət yanğınsöndürmə xidməti və polis departamentinin 150 nəfər şəxsi heyəti və 45 texnikası cəlb edilib.
Sərnişinlərin siyahısı dəqiqləşdirilir.