Əsas məzmuna keç

Qarabağ Universitetinin Beynəlxalq dil mərkəzinə direktor seçilib

Qarabağ Universitetinin Beynəlxalq dil mərkəzinə direktor seçilib

Universitetinin dil mərkəzinə seçilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Qarabağ Universitetinin rektoru Şahin Bayramovun müvafiq əmri ilə Ramil Beynəlxalq dil mərkəzinə direktor təyin olunub.

Qeyd edək ki, R.Hacıyev Türkiyənin 19 Mayıs Universitetində "İngilis dili müəllimliyi" ixtisası üzrə bakalavr, "Xarici dilin tədrisi metodologiyası" ixtisaslaşması üzrə isə magistratura təhsilini tamamlayıb. Hazırda təhsilini doktorantura səviyyəsində davam etdirir. R.Hacıyev "British School", SABAH qrupları və Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadiyyat Məktəbində müxtəlif proqramlar üzrə dərsləri tədris edib. Həmçinin müxtəlif universitetlərin ingilis dili proqramlarında müəllim, direktor müavini və direktor vəzifələrində çalışıb. O, London Biznes Mərkəzi, Arizona Dövlət Universiteti, Oksford Kolleci və digər nüfuzlu təhsil müəssisələrində təşkil olunmuş təlimlərdə və ixtisasartırma proqramlarında iştirak edib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…