Operativ Məlumat Mərkəzi

Putin: Rusiya-ABŞ sammiti üçün BƏƏ münasib məkandır

1 dəq
Paylaş:
Putin: Rusiya-ABŞ sammiti üçün BƏƏ münasib məkandır
bu barədə o, Kremldə BƏƏ Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyanla görüşdən sonra jurnalistlərə açıqlama verib. “Belə tədbirin təşkilində bizə yardım...

Rusiya Prezidenti Vladimir Putin Birləşmiş Ərəb Əmirliklərinin Rusiya ilə ABŞ arasında planlaşdırılan sammitə ev sahibliyi etmək üçün uyğun məkan ola biləcəyini bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə o, Kremldə BƏƏ Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyanla görüşdən sonra jurnalistlərə açıqlama verib.

“Belə tədbirin təşkilində bizə yardım etməyə hazır çox sayda dostlarımız var. Bu dostlardan biri də BƏƏ Prezidentidir”, – deyə Putin qeyd edib.

Dövlət başçısı əlavə edib ki, hələlik yekun qərar verilməsə də, BƏƏ sammitin keçirilməsi üçün kifayət qədər uyğun variantlardan biri sayılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər