Əsas məzmuna keç

Prezidentin köməkçisi: "Ermənistanın yeni yol ayrıcında konsepsiyası utopiyadır"

Prezidentin köməkçisi: "Ermənistanın yeni yol ayrıcında konsepsiyası utopiyadır"

"Ermənistanın yeni yol ayrıcında konsepsiyası utopiyadır".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Bakıda keçirilən “Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişaf” mövzusunda konfrans çərçivəsində xarici jurnalistlərə deyib.

Onun sözlərinə görə, yeni yol ayrıcında konsepsiyası irəli sürmüşdü: "Bu onun öz qərarıdır, ancaq utopik xarakter daşıyır. Biz son üç ildə müzakirə apardıq, nəticə olmadı. Ona görə də Ermənistan müzakirə etməli, bunun nə dərəcədə effektiv olduğunu düşünməlidir. Azərbaycanın da B planı var idi. Bu plan ondan ibarətdir ki, İran ərazisindən keçərək nəqliyyat əlaqələri qurulsun. Artıq İran və Azərbaycan arasında hökumətlərarası sənədlər imzalanıb. Digər tərəfdən, Qars-İğdır dəmiryolunun qurulması üçün qardaş Türkiyə ilə davam edir. Bununla da regionumuz ətrafında dairəvi dəmiryolu xətti qurulmuş olacaq. Ancaq Ermənistan son üç ildə bu xəttin salınması üçün heç bir addım atmadı. Biz də sona qədər gözləyə bilmərik. Orta Dəhliz yeni reallıqlar ortaya çıxarır".

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…