Əsas məzmuna keç

Prezident SOCAR-la bağlı SƏRƏNCAM İMZALADI

Prezident SOCAR-la bağlı SƏRƏNCAM İMZALADI

İlham Əliyev 25 fevral 2014-cü il tarixli “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” sərəncamında dəyişiklik edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı yeni imzalayıb.

Sərəncama əsasən, bu layihələrin icrası həvalə edilmiş “Cənub Qaz ” QSC-də dövlətin (İqtisadiyyat Nazirliyinin) payı 51 %-dən 49 %-ə, Dövlət Neft Şirkətinin (SOCAR) payı isə 51 %-ə çatdırılıb.

Buqərar "Cənub Qaz Dəhlizi” QSC-nin maliyyə nəticələrinin SOCAR-ın maliyyə hesabatlarında tam konsolidasiyası üçün tələb olunan Cəmiyyətin idarə edilməsində SOCAR-ın üstünlük hüquqlarının təmin edilməsi məqsədilə verilib.

İqtisadiyyat Nazirliyinə bu sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görülməsi tapşırılıb. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…