Əsas məzmuna keç

Prezident Somalinin yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB

Prezident Somalinin yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB

səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi. Prezident İlham Əliyev səfirlə söhbət etdi. COP29-un ölkəmizdə keçirilməsi ilə bağlı...

İlham Əliyev noyabrın 1-də Somali Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Fathudin Ali Mohamedin etimadnaməsini qəbul edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.

İlham Əliyev səfirlə söhbət etdi.

COP29-un ölkəmizdə keçirilməsi ilə bağlı təbriklərini çatdıran Fathudin Ali Mohamed Somali Prezidentinin bu tədbirdə iştirak edəcəyini bildirərək, vurğuladı ki, COP çərçivəsində və Somali dövlət başçılarının keçiriləcək görüşü münasibətlərimizin inkişafına əlavə təkan verəcək.

Səfir əməkdaşlığımızın gündən-günə möhkəmlənləndiyini qeyd etdi. O, elm və təhsil sahələrində əməkdaşlığa toxundu, hələ sovet dövründə Somalidən çoxsaylı tələbənin Azərbaycanda təhsil aldığını dedi və bu ənənələrin davam etdirilməsində maraqlı olduqlarını vurğuladı.

Prezident İlham Əliyev ticarət, iqtisadiyyat və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın olduğunu qeyd etdi.

Söhbət zamanı müxtəlif səviyyələrdə təmasların önəminə toxunuldu, təşkilatlar, o cümlədən İslam Təşkilatı çərçivəsində əməkdaşlığımızdan məmnunluq ifadə olundu.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də Somali Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Fathudin Ali Mohamedin etimadnaməsini qəbul edib.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…