Əsas məzmuna keç

Prezident Bolqarıstanın xarici işlər nazirini qəbul edib - YENİLƏNİB

Prezident Bolqarıstanın xarici işlər nazirini qəbul edib - YENİLƏNİB

qonaq XII Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunaraq, bu tədbirdə vacib məsələlərin müzakirə olunduğunu vurğulayıb. Georq Georqiev Azərbaycanla...

İlham Əliyev martın 13-də Bolqarıstanın naziri Georq Georqievi qəbul edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, qonaq XII Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunaraq, bu tədbirdə vacib məsələlərin müzakirə olunduğunu vurğulayıb.

Georq Georqiev Azərbaycanla Bolqarıstan arasında dostluq münasibətlərinin olduğunu deyərək, əməkdaşlığın bu prinsiplər əsasında hərtərəfli inkişaf etdiyini bildirib.

Bu xüsusda, o, ölkələr arasında iqtisadi-ticari, enerji, o cümlədən enerji, nəqliyyat, mədəniyyət, turizm, insanlararası əlaqələr və digər sahələrdə əməkdaşlıq üçün böyük perspektivlərin olduğunu deyib.

Bolqarıstanın xarici işlər naziri Bakı ilə Sofiya arasında birbaşa uçuşların həyata keçirilməsinin vacibliyinə toxunub.

Prezident İlham Əliyev Bolqarıstana rəsmi səfərini və səfər çərçivəsində keçirdiyi görüşləri məmnunluqla xatırlayıb.

əlaqələrin inkişafını qeyd edərək, enerji sahəsində əməkdaşlığa toxunub.

Prezident İlham Əliyev qazının bu gün Bolqarıstan bazarına çatdırılmasının əhəmiyyətini və bunun Bolqarıstanın enerji təminatında rolunu vurğulayıb.

Azərbaycanla Bolqarıstanın bərpaolunan enerji sahəsində əməkdaşlığı məsələsi qeyd edilib.

Dövlət başçısı bu xüsusda, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında bərpaolunan enerji layihəsinə Bolqarıstanın da bir tərəfdaş kimi qoşulması münasibətilə təbriklərini çatdırıb.

Bu istiqamətdə də ölkələr arasında əməkdaşlıqdan məmnunluq ifadə olunub.

***

Azərbaycan Prezidenti İlham Əliyev martın 13-də Bolqarıstanın xarici işlər naziri Georq Georqievi qəbul edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…