Operativ Məlumat Mərkəzi

Prezident: Azərbaycanla Türkmənistanı ənənəvi dostluq, mehriban qonşuluq və əməkdaşlıq münasibətləri birləşdirir

1 dəq
Paylaş:
Prezident: Azərbaycanla Türkmənistanı ənənəvi dostluq, mehriban qonşuluq və əməkdaşlıq münasibətləri birləşdirir

Azərbaycan ilə Türkmənistanı ənənəvi dostluq, mehriban qonşuluq və əməkdaşlıq münasibətləri birləşdirir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədova bu ölkənin milli bayramı - Müstəqillik Günü münasibətilə ünvanladığı məktubda yer alıb.

Sərdar Berdiməhəmmədovu və bütün Türkmənistan xalqını öz adından və Azərbaycan xalqı adından təbrik edən dövlətimizin başçısı məktubunda, həmçinin bildirib: “İnanıram ki, ikitərəfli münasibətlərimiz ortaq soy-kök və milli-mənəvi dəyərlər ilə bir-birinə sıx bağlı olan qardaş xalqlarımızın iradəsinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər