Əsas məzmuna keç

Prezident: "Azərbaycanın qeyri-neft sənayesi 6,5 faiz artıb"

Prezident: "Azərbaycanın qeyri-neft sənayesi 6,5 faiz artıb"

"Azərbaycanın qeyri-neft sənayesi 6,5 faiz artıb və qeyri-neft , ümumiyyətlə, 3 faizdən çox artıb. Bununla bərabər, bizim maliyyə vəziyyətimiz böyük dərəcədə yaxşılaşıb".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə söyləyib.

Ölkənin maliyyə vəziyyətinin yaxşılaşmasını təmin edən arasında dövlətimizin başçısı, ilk növbədə, maliyyə sektorundakı nizam-intizamın möhkəmləndirilməsini, vergi və gömrük orqanlarında islahatların davam etdirilməsini, şəffaflığın təmin olunmasını qeyd edib. “Bütün bu amillər imkan verdi ki, ilin ortasında biz büdcəyə yenidən baxaq və dürüstləşmə aparaq. Bu, çox sevindirici haldır, proqnozlardan xeyli dərəcədə böyük vəsait toplanmışdır”, - deyə vurğulayıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…