Polşa Milli Təhlükəsizlik Bürosunun rəhbəri Slavomir Çeçkiviç ölkəsinin Rusiya ilə münaqişə vəziyyətində olduğunu bəyan edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o bu barədə "Financial Times" qəzetinə müsahibəsində bildirib .
“Əgər siz kiberməkana baxsanız, Polşa indi müharibə vəziyyətindədir, o, artıq təhlükə vəziyyətində deyil”, - Çeçkiviç qeyd edib.
Tsenzkeviç Moskvanı Avropa ölkələrində “hibrid hücumları” gücləndirməkdə ittiham edib. O iddia edib ki, Rusiya pilotsuz təyyarələrdən istifadə edərək hava məkanını pozur və kritik infrastruktura hücumda iştirak edir.