Əsas məzmuna keç

PKK atəşkəs elan edib

PKK atəşkəs elan edib

təşkilat həbsdə olan Abdullah Öcalanın müraciətinə əməl ediləcəyini bildirib.  Qeyd edək ki, fevralın 27-də DEM Partiyasının rəhbərliyi İmralı adasında...

PKK terror təşkilatı elan etdiyini açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" Haber Globala istinadən xəbər verir ki, təşkilat həbsdə olan Öcalanın müraciətinə əməl ediləcəyini bildirib.

Qeyd edək ki, fevralın 27-də DEM Partiyasının rəhbərliyi İmralı adasında Öcalanla danışıqlar aparıb.

Danışıqların nəticəsində PKK liderinin müraciətinin yayımlanması qərara alınıb.

Danışıqlardan sonra İstanbulda təşkil olunan konfransında Öcalanın müraciətini DEM Partiyasının rəhbərliyində təmsil olunan Ahmet kürdcə, Pervin Buldan isə türk dilində oxuyub.

Müraciətdə Öcalanın adından yayılan yazılı müraciətdə “silahı yerə qoyun” çağırışı yer alıb.

Xatırladaq ki, PKK lideri Abdullah 26 ildir İmralı həbsxanasında saxlanılır. O, 1999-cu il fevralında Milli Kəşfiyyat Təşkilatının əməliyyatı nəticəsində Keniyada saxlanılıb və Türkiyəyə gətirilib. O, ölüm cəzasına məhkum edilsə də, hökm sonradan ömürlük həbs cəzası ilə əvəzlənib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…