Əsas məzmuna keç

Peskov Polşanın qərarını tənqid etdi

Peskov Polşanın qərarını tənqid etdi

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Polşa hakimiyyətinin Qdansk şəhərində fəaliyyət göstərən sonuncu Rusiya Baş Konsulluğunu bağlamaq...

prezidentinin katibi Dmitri Peskov Polşa hakimiyyətinin Qdansk şəhərində göstərən sonuncu Rusiya Baş Konsulluğunu bağlamaq qərarını edib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, o bildirib ki, Varşavanın bu addımı “ağlabatan deyil” və “sağlam düşüncə ilə heç bir əlaqəsi yoxdur”.

“Varşavadan bunun nə ilə bağlı olduğunu soruşmalısınız. Amma bunun sağlam düşüncə ilə heç bir əlaqəsi yoxdur”, - deyə Peskov qeyd edib.

Polşanın naziri Radoslav Sikorski bu gün Qdansk Baş Konsulluğunun fəaliyyət icazəsinin ləğvi barədə qərarı açıqlayıb. Bununla yanaşı, o, Polşanın Moskva ilə diplomatik münasibətləri tam kəsmək niyyətində olmadığını vurğulayıb.

Xatırladaq ki, 2024-cü ilin oktyabrında və 2025-ci ilin mayında Polşa, Moskvaya Polşa ərazisində təxribat aktları təşkil etmək ittihamlarını əsas gətirərək, Poznan və Krakovdakı Rusiya Baş Konsulluqlarını bağlamışdı. Buna cavab olaraq Rusiya Xarici İşlər Nazirliyi Sankt-Peterburq və Kalininqraddakı Polşa Baş Konsulluqlarını bağladı.

Hazırda Polşanın Rusiyada yalnız İrkutskda bir baş konsulluğu və Moskvada konsulluq bölməsi olan səfirliyi fəaliyyət göstərir. Rusiyanın isə Varşavada səfirliyi mövcuddur. Qdansk Baş Konsulluğu isə Polşada Rusiyanın sonuncu belə diplomatik nümayəndəliyi idi.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…