Əsas məzmuna keç

Paytaxtda avtomobilində qanunsuz silah gəzdirən şəxs saxlanılıb

Paytaxtda avtomobilində qanunsuz silah gəzdirən şəxs saxlanılıb

Rayon İdarəsinin əməkdaşlarının daxil olmuş məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş Quliyev saxlanılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" Daxili İşlər Nazirliyinin (DİN) Xidmətindən məlumat verilib.

Bildirilib ki, onun üzərindən 3 qram heroin aşkar edilib.

Əməliyyat tədbirlərinin davamı olaraq Səbuhi Quliyevin idarə etdiyi avtomobildən ona məxsus 1 ədəd “Makarov” markalı tapança, daraq və 8 ədəd patron aşkar edilərək götürülüb. Səbuhi Quliyev odlu silahı bir neçə ay əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib.

Faktla bağlı toplanan materiallar Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

Foto qalereya

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…