Əsas məzmuna keç

Papa Fransisk qlobal münaqişə zonalarında sülh çağırışı edib

Papa Fransisk qlobal münaqişə zonalarında sülh çağırışı edib

Müqəddəs Pyotr meydanına toplaşan 30 min insan qarşısında iqamətgahının pəncərəsindən çıxış edən pontifik müharibə zonalarında diplomatik səylər...

Roma Kilsəsinin rəhbəri Papa 2025-ci ilin ilk “” duası zamanı münaqişə zonalarında sülh çağırışı edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Müqəddəs Pyotr meydanına toplaşan 30 min insan qarşısında iqamətgahının pəncərəsindən çıxış edən pontifik müharibə zonalarında diplomatik səylər göstərərək dialoq və danışıqları təşviq etməklə və sülhün bərqərar olması üçün çalışanlara təşəkkürünü bildirib.

“Qardaşlar, bacılar, müharibə məhv edir. Həmişə məhv edir! Müharibə həmişə məğlubiyyətdir. Sülh üçün mübarizə aparın. Hər bir canlının qayğısına qalaq”, - deyə Fransisk vurğulayıb.

Roma Papası xristian ənənələrinə malik ölkələrin liderlərini ən kasıb dövlətlərin borclarını mümkün qədər silmək və ya azaltmaqla yaxşı nümunə olmağa çağırıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…