Əsas məzmuna keç

Pakistanın Baş naziri Zəfər parkını ziyarət edib

Pakistanın Baş naziri Zəfər parkını ziyarət edib

burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Pakistanın Baş naziri parkdakı Zəfər abidəsinin önünə əklil qoydu. Sonra ali qonağa...

Respublikasında dövlət səfərində olan Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif fevralın 24-də Bakıda parkını edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Pakistanın Baş naziri parkdakı Zəfər abidəsinin önünə əklil qoydu.

Sonra ali qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verildi. Bildirildi ki, ərazisi 10 hektara yaxın olan parkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 , eni 22 metr, sütunlarının sayı 44 olan Zəfər tağı inşa edilib.

Xatırladaq ki, parkın açılışı 2024-cü il noyabrın 8-də İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə olub.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…