Əsas məzmuna keç

Pakistanda musson yağışları nəticəsində 279 nəfər həlak olub

Pakistanda musson yağışları nəticəsində 279 nəfər həlak olub

İyun ayının sonundan Pakistanda yağışları nəticəsində ən azı 279 nəfər olub, 676 nəfər isə yaralanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Pakistan mediası məlumat yayıb.

1,5 mindən çox bina zədələnib, yüzlərlə insan təxliyə edilib. Heyvandarlıq və kənd təsərrüfatı sahələrinə böyük ziyan dəyib.

Ən çox insan itkisi Pəncabda alınıb - 151 ölü və 536 yaralı. Şimal-qərb olan Xayber-Paxtunxvada 64 nəfər ölüb, 80 nəfər yaralanıb.

Ölkə hökuməti vətəndaşların təhlükəsizliyini təmin etmək və təbii fəlakətin vurduğu ziyanı minimuma endirmək üçün tədbirlər görür.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…