Əsas məzmuna keç

Pakistan parlamentinin sədri Azərbaycana başsağlığı verib

Pakistan parlamentinin sədri Azərbaycana başsağlığı verib

bu barədə Pakistan parlamentinin “X” sosial şəbəkəsindəki hesabında məlumat verilib. “Qazaxıstanın Aktau şəhəri yaxınlığında Azərbaycan təyyarəsinin...

Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq şəhəri yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində vətəndaşlarının həlak olması ilə əlaqədar ölkəmizə başsağlığı verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Pakistan parlamentinin “X” sosial şəbəkəsindəki hesabında məlumat verilib.

“Qazaxıstanın Aktau şəhəri yaxınlığında Azərbaycan təyyarəsinin faciəvi qəzaya uğramasından dərindən kədərləndim. İlham Əliyevə, Milli Məclisin sədri Sahibə Qafarovaya və Azərbaycan xalqına bu əvəzedilməz itki ilə bağlı başsağlığı verirəm. Yas tutan ailələrə səmimi qəlbdən başsağlığı verir və xəsarət alanların tezliklə sağalmasını diləyirik. Pakistan hökuməti və xalqı bu kədərli günlərdə Azərbaycanın yanındadır”, - spikerin bəyanatında vurğulanıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…