Əsas məzmuna keç

Özbəkistanda növbədənkənar prezident seçkisi keçiriləcək

Özbəkistanda növbədənkənar prezident seçkisi keçiriləcək

bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bildirib. Məlumata görə, bu mövcud konstitusiyaya əlavə və dəyişikliklərdən sonra ilk prezident seçkisi...

Özbəkistanda seçkisi keçiriləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Prezidenti bildirib.

Məlumata görə, bu mövcud konstitusiyaya əlavə və dəyişikliklərdən sonra ilk prezident seçkisi olacaq.

Qeyd edək ki, dəyişikliklərə əsasən, prezidentin səlahiyyətləri 5 ildən 7 ilədək uzadılıb. Konstitusiya görə, ikinci müddətə vəzifədə olan hazırkı Prezident Şavkat Mirziyoyev yenidən namizədliyini irəli sürə bilər.

Bildirilib ki, əsas qanun parlamentin Aşağı Palatası tərəfindən qəbul edilərək bu ilin aprel ayında Senat tərəfindən təsdiqlənib və dərc edildiyi andan qüvvəyə minib.

Qeyd edək ki, Şavkat Mirziyoyev 2016-cı ilin dekabrında keçirilən növbədənkənar seçkidə Özbəkistan Prezidenti seçilib. 2021-ci ilin oktyabrında Mirziyoyev 80,12 faiz səslə yenidən bu siyasi kampaniyada qalib gəlib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…