Əsas məzmuna keç

Ötən həftə 1459,4 ha ərazi minalardan təmizlənib

Ötən həftə 1459,4 ha ərazi minalardan təmizlənib

Azad olunan ərazilərdə avqustun 18-dən 24-nə qədər 21 tank əleyhinə mina, 124 piyada əleyhinə mina, 417 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və...

Azad olunan ərazilərdə avqustun 18-dən 24-nə qədər 21 tank əleyhinə mina, 124 piyada əleyhinə mina, 417 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bu barədə Minatəmizləmə Agentliyinin (ANAMA) azad ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.

Məlumata əsasən, 1459,4 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, , Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd (DSX) və dörd özəl Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…