Əsas məzmuna keç

Ötən gün vətəndaşların bank kartlarından 52 min manata yaxın vəsait oğurlanıb

Ötən gün vətəndaşların bank kartlarından 52 min manata yaxın vəsait oğurlanıb

Vətəndaşların kartlarından oğurluqlar davam edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə DİN-in mətubat xidmətindən bildirilib.

Qeyd edilib ki, aprelin 17-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 34427, 7050, 3970, 1500, 999, 830, 670, 500, 483, 303, 300, 250, 192, 85 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

“Kartın üzərindəki CVV/CVC , SMS vasitəsilə göndərilən OTP kodu, digər məxsus sistemlərə giriş üçün lazım olan loqin və , kartın PİN kodu məxfi məlumatlardır. Bu məlumatların şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında sizə zərər vuracaqlar. Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var”, - məlumatda qeyd edilib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…