Əsas məzmuna keç

Ötən gün bank kartlarından 13 500 manat talanıb

Ötən gün bank kartlarından 13 500 manat talanıb

Vətəndaşların bank kartlarından oğurluqlar davam edir. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə DİN-in mətbuat xidmətindən məlumat verilib. "Kartın...

Vətəndaşların bank kartlarından davam edir.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə DİN-in xidmətindən məlumat verilib.

"Kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər məxsus sistemlərə giriş üçün lazım olan loqin və , kartın PİN kodu məxfi məlumatlardır. Bu məlumatlar şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar", DİN-in məlumatında deyilir.

Bildirilib ki, mayın 6-da ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 3400, 2500, 2000, 1500, 1302, 999, 840, 490, 285, 161, 30, 16, 5 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

DİN bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edir: "Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var".

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…