Əsas məzmuna keç

Ödəmə terminalından oğurluq edən qardaşlar saxlanılıb

Ödəmə terminalından oğurluq edən qardaşlar saxlanılıb

Lerikdə mağazadan və içərisindəki ödəmə terminalından oğurluq edən qardaşlar saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Operativ...

Lerikdə mağazadan və içərisindəki ödəmə terminalından edən saxlanılıb.

DİN-in Xidmətinin Lənkəran regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, Lerik rayonunun Noda kəndi ərazisində yerləşən mağazadan 160 manat pulun, 1244 manat dəyərində tütün məmulatlarının, orada quraşdırılmış ödəmə terminalının sındırılaraq içərisindən 2880 manat pulun oğurlanması, bundan əlavə mağazanın müşahidə kameralarının yaddaş qurğusunun sındırılması ilə bağlı polisə məlumat daxil olub. DİN-in Baş Cinayət İdarəsi və Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən şəxslər edilərək saxlanılıblar. Araşdırmalarla onların Bakı şəhəri Qaradağ rayon sakinləri Təhməz Dadaşov və qardaşı Bahadır olduqları müəyyən edilib. Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…