Operativ Məlumat Mərkəzi

"Nyukasl" ispan yarımmüdafiəçini alıb

1 dəq
Paylaş:
"Nyukasl" ispan yarımmüdafiəçini alıb
18 yaşlı futbolçunun yeni klubu "Nyukasl"dır. Futbolçu gələn ayın əvvəlində "Nyukasl"a keçəcək. Ötən mövsüm Kordero 40 oyun keçirib. Yarımmüdafiəçi 6 qol...

İspaniyanın "Malaqa" klubunun hücumameyilli yarımmüdafiəçisi Antonio Kordero karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 18 yaşlı futbolçunun yeni klubu "Nyukasl"dır.

Futbolçu gələn ayın əvvəlində "Nyukasl"a keçəcək.

Ötən mövsüm Kordero 40 oyun keçirib. Yarımmüdafiəçi 6 qol vurub və 7 məhsuldar ötürmə edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər