Operativ Məlumat Mərkəzi

Nazirlik rus dilində tədrislə bağlı yayılan məlumatlara münasibət bildirib

1 dəq
Paylaş:
Nazirlik rus dilində tədrislə bağlı yayılan məlumatlara münasibət bildirib
Elm və Təhsil Nazirliyi sosial şəbəkələrdə rus dilində tədrislə bağlı məlumatlara münasibət bildirib. Nazirlikdən  "Operativ Məlumat Mərkəzi-OMM"-in...

Elm və Təhsil Nazirliyi sosial şəbəkələrdə rus dilində tədrislə bağlı məlumatlara münasibət bildirib.

Nazirlikdən "Operativ Məlumat Mərkəzi-OMM"-in sorğusuna cavab olaraq bildirilib ki, bu cür xəbərləri yayarkən dövlətin təhsil siyasətinə dair qərarlarla bağlı yalnız rəsmi mənbələrə istinad etmək lazımdır.

Qeyd edək ki, sosial şəbəkələrdə və bəzi media orqanlarında orta və ali təhsil müəssisələrində rus dilində tədrisin dayandırılmasına dair “rəsmi bildiriş” yayımlanır. Elm və Təhsil Nazirliyi isə məsələ ilə bağlı hər hansı rəsmi açıqlama ilə çıxış etməyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər