Türkiyə xarici işlər naziri Hakan Fidan İngiltərə xarici işlər naziri David Lammi ilə telefon danışığı aparıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə XİN məlumat yayıb.
Görüşdə ikitərəfli münasibətlər, o cümlədən Rusiya və Ukrayna arasında müharibəyə son qoymaq üçün atılan addımlar, həmçinin Suriyadakı son hadisələr, Pakistan və Hindistan arasındakı vəziyyət və digər regional məsələlər müzakirə edilib.