Əsas məzmuna keç

Naxçıvanda "ƏDV geri al” layihəsi çərçivəsində 157 min manat ödəniş edilib

Naxçıvanda "ƏDV geri al” layihəsi çərçivəsində 157 min manat ödəniş edilib

Bu ilin yanvar-aprel aylarında MR-da “ƏDV al” layihəsi çərçivəsində istehlakçılara ümumilikdə 545 232 üzrə 157,1 min manatdan çox, bu ilin aprel ayında isə 182 721 kassa çeki üzrə 52,6 min manatdan artıq ƏDV məbləği geri qaytarılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.

Yanvar ayı ilə müqayisədə aprel ayında kassa çekləri üzrə 3,9 dəfə, qaytarılan məbləğ üzrə 2,5 dəfə artım olub.

Hazırda nağdsız qaydada ƏDV-nin 17,5 %-i, nağd qaydada ödənilmiş ƏDV-nin isə 5 %-i istehlakçılara geri qaytarılır.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…