Əsas məzmuna keç

Narkotikə görə 6 nəfər saxlanılıb

Narkotikə görə 6 nəfər saxlanılıb

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı uğurlu əməliyyatlar...

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı uğurlu əməliyyatlar keçirilib və 6 nəfər saxlanılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, daxil olmuş məlumatları əsasında keçirilən tədbirlər zamanı rayon sakinləri - , Ceyhun Bədəlov, İlyas Cəfərov, Bağır , Elşən Niyətov və Yusif Musayev narkotiklərin dövriyyəsində şübhəli bilindikləri üçün saxlanılıblar. Şəxsi axtarış zamanı Natiq Adıgözəlov, Bağır Həsrətov və Ceyhun Bədəlovdan heroin, digər üç nəfərdən isə qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Araşdırma zamanı saxlanılanların əksəriyyətinin əvvəllər də analoji, eləcə də digər cinayət əməllərinə görə məhkum edildikləri məlum olub.

Faktlarla bağlı cinayət işləri başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Foto qalereya

Müəllif

Sosial məsələlər müxbiri

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…