Əsas məzmuna keç

Moskvada bombalı hücum olub - YENİLƏNİB

Moskvada bombalı hücum olub - YENİLƏNİB

bununla bağlı xarici KİV məlumat yayıb. Bildirilib ki, hücum zamanı yüksəkrütbəli rusiyalı məmur həlak olub. Rusiya İstintaq Komitəsinin açıqlamasında...

Rusiyanın Moskva vilayətində avtomobilin partlaması nəticəsində ölən şəxsin Baş Qərargahının Baş İdarəsinin rəis müavini, general-mayor olduğu məlum olub.

***

Moskvada avtomobilə bombalı hücum olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, hücum zamanı yüksəkrütbəli rusiyalı məmur həlak olub.

Rusiya İstintaq Komitəsinin açıqlamasında bildirilir ki, Balaşixada yaşayış binasının qarşısında avtomobilə yerləşdirilmiş bomba partlayıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Rusiya hesablarında partlayışda ölən şəxsin Rusiya Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini briqada generalı Yaroslav Moskalik olduğu iddia edilib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…