Operativ Məlumat Mərkəzi

Monqolustan Prezidenti Milli Azərbaycan Tarixi Muzeyində olub

1 dəq
Paylaş:
Monqolustan Prezidenti Milli Azərbaycan Tarixi Muzeyində olub
COP29-da iştirak etmək üçün Azərbaycana səfərə gəlmiş Monqolustan Respublikasının Prezidenti Uxnaaqiyn Xurelsux Milli Azərbaycan Tarixi Muzeyində olub....

COP29-da iştirak etmək üçün Azərbaycana səfərə gəlmiş Monqolustan Respublikasının Prezidenti Uxnaaqiyn Xurelsux Milli Azərbaycan Tarixi Muzeyində olub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə muzeydən məlumat verilib.

Muzeyin direktoru akademik Nailə Vəlixanlı qonaqları muzeydə görməkdən məmnun olduğunu bildirib. Görüş zamanı Azərbaycan-Monqolustan mədəni-tarixi əlaqələri haqqında söhbət aparılıb.

Monqolustan Prezidenti muzeyin eksponatlarını nəzərdən keçirərək Azərbaycanın qədim mədəni irsi və tarixi ilə tanış olub. Eyni zamanda, muzeyin yeni ekspozisiyasında nümayiş olunan, Monqolustanın tarixi ilə Azərbaycanın mədəni əlaqələrini birləşdirən, Mingəçevirdə arxeoloji qazıntılar zamanı tapılmış Monqol xalatı və dövrün nadir numizmatik nümunələri Prezidentin diqqətini cəlb edib.

Qonaqlar muzeydən xoş təəssüratla ayrılıblar.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax