Əsas məzmuna keç

Mobil cihazın qeydiyyatından yayınanlar 12 min manatadək cərimə ediləcək

Mobil cihazın qeydiyyatından yayınanlar 12 min manatadək cərimə ediləcək

İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikləri təsdiqləyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məcəlləyə əsasən, cihazın qeydiyyatının aparılmasından yayınmaq məqsədilə mobil cihazın İMEİ nömrəsinin dəyişdirilməsinə və ya surətinin köçürülməsinə görə şəxslər 300 manatdan 400 , vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək, şəxslər 3 min manatdan 4 min manatadək məbləğdə cərimə ediləcək.

Qeyd olunan xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbehvermə haqqında qərar qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 600 manatdan 800 manatadək, vəzifəli şəxslər 2 min manatdan 2 min 500 manatadək, hüquqi şəxslər 9 min manatdan 12 min manatadək məbləğdə cərimə ediləcək.

Qanun 2023-cü il aprelin 1-dən qüvvəyə minəcək.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…