Əsas məzmuna keç

MN: "Düşərgə toplanışına cəlb edilən kursantlarla praktiki məşğələlər keçirilir"

MN: "Düşərgə toplanışına cəlb edilən kursantlarla praktiki məşğələlər keçirilir"

Hərbi İnstitutun tədris planı və proqramına uyğun olaraq düşərgə toplanışına cəlb edilən kursantlarla praktiki keçirilir.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Keçirilən məşğələlər zamanı azimutla hərəkət, ərazilərin mina və partlamamış sursatlarından təmizlənməsi, patrul xidmətinin təşkili, eləcə də meşəlik ərazilərdə aşkar edilən düşmənin pusquya salınaraq məhv edilməsi üzrə tapşırıqlar icra edilib.

Həmçinin kütləvi qırğın silahlarından mühafizə üzrə dərslərdə də kursantlar fəal iştirak ediblər.

Düşərgə toplanışı zamanı çalışmaların yerinə yetirilməsində əsas diqqət kursantların praktiki və döyüş vərdişlərinin təkmilləşdirilməsinə yönəldilib.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…