Operativ Məlumat Mərkəzi

Misir və İsrail Qəzza ilə bağlı yeni təkliflər mübadiləsi aparırlar

1 dəq
Paylaş:
Misir və İsrail Qəzza ilə bağlı yeni təkliflər mübadiləsi aparırlar
bu barədə “Asharq News” telekanalı məlumat yayıb. Məlumata görə, tərəflər bir-birinə “anklavda atəşkəslə bağlı yeni təkliflər layihəsini” təqdim ediblər....

Radikal HƏMAS hərəkatı ilə İsrail arasında aparılan danışıqlarda ABŞ və Qətərlə birlikdə vasitəçi qismində çıxış edən Misirin və İsrail tərəfinin nümayəndələri Fələstinin Qəzza zolağında münaqişəyə son qoymaq üçün yeni təkliflər mübadiləsi aparıblar.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Asharq News” telekanalı məlumat yayıb.

Məlumata görə, tərəflər bir-birinə “anklavda atəşkəslə bağlı yeni təkliflər layihəsini” təqdim ediblər. Misirin təklifinin əvvəllər Qahirə və Vaşinqton tərəfindən təqdim edilmiş təşəbbüslərin birləşməsindən ibarət olduğu və “münaqişə tərəfləri arasında danışıqların irəliləyişinə və çox yaxın gələcəkdə bu danışıqlarda real irəliləyişin əldə olunmasına ümid verdiyi” deyilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər