Əsas məzmuna keç

Mirzoyan sülh sazişindən danışdı

Mirzoyan sülh sazişindən danışdı

bu barədə o, parlamentdə bildirib. Onun sözlərinə görə, İrəvan həmişə mülki missiya ilə əməkdaşlıq formalarını və mexanizmlərini müzakirə edə bilər:...

XİN başçısı Azərbaycanla sülh sazişi imzalandıqdan sonra Avropa İttifaqının müşahidə missiyasının gələcək fəaliyyətinin necə olacağını izah edib.

"Operativ Məlumat Mərkəzi-OMM" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə o, parlamentdə bildirib.

Onun sözlərinə görə, İrəvan həmişə mülki missiya ilə formalarını və mexanizmlərini müzakirə edə bilər: “Missiya sərhəddə sabitliyin təmin olunmasına çox kömək edib, eyni zamanda, Ermənistan və arasında sülh sazişi imzalanarsa, bu sabitlik institusional olacaq”.

"Sülh sazişi imzalandıqda avropalı tərəfdaşlarımızla mülki missiya ilə bağlı qarşılıqlı məqbul və qarşılıqlı faydalı qərarlara gələcəyik", - A.Mirzoyan qeyd edib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…