Əsas məzmuna keç

Milli Məclisin növbəti plenar iclası başlayıb, gündəlikdə 11 məsələ var

Milli Məclisin növbəti plenar iclası başlayıb, gündəlikdə 11 məsələ var

Milli Məclis sədrinin birinci müavini Əli Hüseynlinin sədrliyi ilə keçirilən toplantının gündəliyinə 11 məsələnin müzakirəsi daxil edilib. Həmin...

Milli Məclisin növbədənkənar sessiyası üzrə növbəti iclası başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, sədrinin birinci müavini Əli Hüseynlinin sədrliyi ilə keçirilən toplantının gündəliyinə 11 məsələnin müzakirəsi daxil edilib.

Həmin məsələlər aşağıdakılardır:

1. “ Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi (üçüncü oxunuş).

2. “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanuna dəyişiklik layihəsi (ikinci oxunuş).

3. “Dövlət fondunun 2024-cü il büdcəsi haqqında” qanuna dəyişiklik layihəsi (ikinci oxunuş).

4. “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” qanuna dəyişiklik layihəsi (ikinci oxunuş).

5. Ailə Məcəlləsinə dəyişiklik layihəsi (ikinci oxunuş). Layihə Azərbaycanda qanunsuz yaşayan əcnəbilərin ölkə vətəndaşı ilə nikaha daxil olmasınıqadağan etmək məqsədilə hazırlanıb.

6. Vergi Məcəlləsinə, “ haqqında” və “Avtomobil nəqliyyatı haqqında” qanunlara dəyişiklik layihəsi (ikinci oxunuş).

7. “Mühasibat uçotu haqqında” qanuna dəyişiklik layihəsi (ikinci oxunuş).

8. Ailə Məcəlləsinə dəyişiklik layihəsi (ikinci oxunuş). Məcəlləyə dəyişikliklə xaricdəki Azərbaycan vətəndaşlarının nikahla əlaqədar tibbi müayinədən keçmələrinə görəyeni qayda müəyyənləşir.

9. İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi (ikinci oxunuş).

10. Vergi Məcəlləsinə, “Dövlət rüsumu haqqında”, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Gömrük tarifi haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunlara dəyişiklik layihəsi (ikinci oxunuş).

11. “Auditor haqqında” qanuna dəyişiklik layihəsi (ikinci oxunuş).

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…