Əsas məzmuna keç

Parlamentin iclası başlayıb

Parlamentin iclası başlayıb

spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 13 məsələ daxil edilib. Bunlar aşağıdakılardır: 1. Azərbaycan Respublikasının...

Milli Məclisin yaz sessiyasının növbəti iclası başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 13 məsələ daxil edilib.

Bunlar aşağıdakılardır:

1. Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi haqqında.

2. “Sosial sığorta haqqında” qanuna dəyişiklik layihəsi (üçüncü oxunuş).

3. “İşsizlikdən sığorta haqqında” qanuna dəyişiklik layihəsi (üçüncü oxunuş).

4. İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi (üçüncü oxunuş).

5. Vergi Məcəlləsinə dəyişiklik layihəsi (üçüncü oxunuş).

6. “Elektroenergetika haqqında” qanun layihəsi (ikinci oxunuş).

7. “ haqqında” qanuna dəyişiklik layihəsi (ikinci oxunuş).

8. Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 165-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Prokurorluq orqanları işçilərinin fərqlənmə nişanları və xüsusi geyim formasının təsviri”ndə dəyişiklik layihəsi (ikinci oxunuş).

9. “Prokurorluq işçilərinin vəsiqəsi haqqında” qanun layihəsi (ikinci oxunuş).

10. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanuna dəyişiklik layihəsi (ikinci oxunuş).

11. Miqrasiya Məcəlləsinə dəyişiklik layihəsi (ikinci oxunuş).

12. “Banklar haqqında” qanuna dəyişiklik layihəsi (ikinci oxunuş).

13. “Qiymətli kağızlar bazarı haqqında” qanuna dəyişiklik layihəsi (ikinci oxunuş).

Müəllif

Sosial məsələlər müxbiri

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…