"Monako"nun hücumçusu Breel Embolo "Milan"a keçə bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, 28 yaşlı futbolçu milanlılar tərəfindən hücum xəttini gücləndirmək üçün əsas variantlardan biri hesab olunur.
Ötən mövsüm Embolo bütün turnirlərdə 42 oyun keçirib, 7 qol vurub və 9 məhsuldar ötürmə edib.
Daha əvvəl “qırmızı-qaralar”ın Almaniyanın “Bayer” klubunun hücumçusu Patrik Şiklə maraqlandığı bildirilirdi.