Operativ Məlumat Mərkəzi

Matviyenko İrəvana səfər edəcək

1 dəq
Paylaş:
Matviyenko İrəvana səfər edəcək
bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərə açıqlamasında bildirib. "Mən həmkarım Valentina Matvienkonun Ermənistana səfərini...

Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun iyunun 5-6-da İrəvana səfəri gözlənilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərə açıqlamasında bildirib.

"Mən həmkarım Valentina Matvienkonun Ermənistana səfərini gözləyirəm. Səfərin iyunun 5-6-da baş tutacağı gözlənilir. Biz bu tarixi əvvəlcədən razılaşdırmışıq", - Simonyan qeyd edib.

Səfərin rəsmi olacağını bildirən Simonyan bu müddət ərzində Matviyenko ilə üç dəfə telefon danışığının olduğunu vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər