Franko Mastantuono digər Avropa klublarının marağına baxmayaraq PSJ-yə keçmək istəyir.
"Operativ Məlumat Mərkəzi-OMM" "Sports Zone" nəşrinə istinadən xəbər verir ki, PSJ və Mastantuono arasında şəxsi şərtləri razılaşdırmaq üçün danışıqlar yaxın günlərdə sürətləndiriləcək.
Luis Enrike və Luis Kamposun rəhbərliyi altında PSJ tez bir zamanda gənc istedadların inkişaf edə biləcəyi bir klub kimi nüfuz qazanır.
Əlavə edək ki, bu mövsüm Franko Mastantuono bütün yarışlarda "River Pleyt"in heyətində 19 matçda 7 qol vurub və 4 məhsuldar ötürmə edib.