Əsas məzmuna keç

9 Kiloqramdan artıq heroin aşkarlanıb

9 Kiloqramdan artıq heroin aşkarlanıb

Masallıda 10 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional...

Masallıda 10 kiloqramdan artıq maddə aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Xidmətinin Lənkəran regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM" - ə verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri tədbirləri zamanı rayon sakinləri, hər ikisi məhkum olunmuş Xəqani Əhədov və tanışı Məhəmmədbağır Allahverdiyev saxlanılıblar. Onlara məxsus idman çantasına keçirilən baxış zamanı oradan ayrı-ayrı bükümlərdə ümumilikdə 9 kiloqram 350 qram heroin və 1 kiloqrama yaxın metamfetamin və 1 ədəd bıçaq aşkarlanaraq götürülüb.

Faktla bağlı zəruri istintaq hərəkətləri davam etdirilir.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…