Operativ Məlumat Mərkəzi

“Mançester Siti” Donnarummanı transfer edib

1 dəq
Paylaş:
“Mançester Siti” Donnarummanı transfer edib
“şəhərlilər” PSJ-də çıxış edən Canluici Donnarummanı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. "Siti" 26 yaşlı qolkiper üçün Fransa...

Edersonu “Fənərbaxça”ya göndərən “Mançester Siti” heyətini yeni oyunçu ilə gücləndirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, “şəhərlilər” PSJ-də çıxış edən Canluici Donnarummanı transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Siti" 26 yaşlı qolkiper üçün Fransa təmsilçisinə 30 milyon avro ödəyib. Razılaşmaya əsasən, İtaliyalı oyunçu ilə 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Donnarumma 2021-ci ildən PSJ-də çıxış edirdi.

Bu xəbəri paylaş

Oxşar xəbərlər